“Regional Gender Mərkəzi” İctimai Birliyi layihə çərçivəsində tədbir keçirib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi "Nümunəvi valideynlik İnstitutu" adlı layihə çərçivəsində 07.08.2024- cü il tarixində Goranboy rayonunda Uşaq və Ailələrə Dəstək Mərkəzində layihə çərçivəsində tədbir keçirildi.

QHT.az xəbər verir ki, tədbirdə Regional Gender Mərkəzinin sədri, layihə rəhbəri Şərqiyyə Dadaşova, ekspert Aliyə İmanova, Goranboy şəhərindən, Qızılhacılı, Veysəlli kəndlərindən, 1,2,3 saylı bağçadan valideynlər və himayədarlar iştirak etdilər. Layihə rəhbəri Ş.Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi  və gözləntilər barədə məlumat verdi. Ekspert A.İmanova valideyn –uşaq münasibətləri, Erkən Uşaqlıq dövründə inkişafda Bəsləyici qayğının 5 kompanenti (Adekvat qidalanma, sağlamlıq, təhlükəsizlik və mühafizə, erkən öyrənmə imkanları və məsuliyyətli qayğı, Erkən yaşların bu qədər həlledici olmasının bəzi səbəbləri, Valideynlər və azyaşli uşaqlar arasinda olan pozitiv qarşılıqlı münasibətin əsas  prinsipləri ilə bağlı ətraflı məlumat verdi.

Sonra Valideyn –uşaq münasibətləri, erkən nigah və ailədaxili münaqişələrin uşaqların həyatında buraxdığı fəsadlar geniş müzakirə olundu.  İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar. Onlardan Onlardan Q.Yaqut, Ə.Şəbnəm, Q.Vüsalə, M.Leyla, N.Türkan və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdi.

Tədbir çox maraqlı keçdi. Yekunda qiymətləndirmə aparıldı. Layihə rəhbəri Ş.Dadaşova tədbirin təşkilinə dəstəyinə görə Goranboy rayon İcra hakimiyyətinə  tədbirin təşkilinə görə minnətdarlığını bildirdi  Tədbirdə 22 nəfər iştirak etdi.

 Sonda xatirə şəkili çəkildi.