Alimlər valideynlərin yemək davranışının uşaqlara necə təsir etdiyini aşkar ediblər

İngiltərənin Aston Universitetində aparılan araşdırmalar göstərib ki, valideynlərin yemək davranışları kiçik uşaqlara təsir edir və uşaqlar tez-tez valideynlərinə oxşar yemək vərdişləri nümayiş etdirirlər.

QHT.az xəbər verir ki, tədqiqat, valideynlərin yemək tərzlərinin uşaqlarının sağlam qidalanma davranışının formalaşmasında rol oynaya biləcəyini göstərib. Valideynlərdən yemək vərdişləri qiymətləndirilib və bunun uşaqlarına təsiri öyrənilib. Xüsusilə, emosional və ya həddindən artıq yemək vərdişləri olan valideynlər uşaqlarını yeməklə sakitləşdirməyə meylli olublar, bu da uşaqların oxşar yemək davranışları göstərməsinə səbəb olub.

 

Pərvanə Fərhadqızı