“Əmək Məcəlləsinə” edilən dəyişikliklər nəyi dəyişəcək? Deputatdan açıqlama

Deputat Vüqar Bayramovun fikrincə, "Əmək Məcəlləsinə" edilən dəyişikliklər əmək münasibətlərinin rəqəmsallaşmasını təmin edərək, əmək bazarında şəffaflığı artıracaq və işçilərin hüquqlarını daha səmərəli qoruyacaq.

QHT.az xəbər verir ki, o, elektron müqavilələrin və rəqəmsal əmək kitabçalarının tətbiqinin, həmçinin dövlət sosial sığorta sistemində fərdi uçotun təkmilləşdirilməsinə və məşğulluq sahəsində dəqiq məlumatların toplanmasına imkan verəcəyini vurğulayıb. Deputat bu islahatların saxtakarlıq və korrupsiyanın qarşısının alınmasına da mühüm töhfə verəcəyini qeyd edib.