MDSS üzrə daxilolmalar 2,0% artıb

2024-cü ilin yanvar-iyul ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 64,6 mln. manat və ya 2,0% artım qeydə alınıb.

 

Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 79,3 mln. manat və ya 7,5%, qeyri-büdcə təşkilatları üzrə isə 220,1 mln. manat və ya 11,4% artımla olub.  

Qeyd: Operativ məlumatdır.