“Nümunəvi valideynlik İnstitutu” adlı layihə çərçivəsində tədbir keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi “Nümunəvi valideynlik İnstitutu” adlı layihə çərçivəsində 08.08.2024- cü il tarixində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində tədbir keçirildi.

QHT.az xəbər verir ki, tədbirdə Regional Gender Mərkəzinin sədri, layihə rəhbəri Şərqiyyə Dadaşova, ekspert Aliyə İmanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Sənəm xanım Alxasova, Goranboy şəhərindən, Qaraçinar, Səfikürd kəndlərindən valideynlər və himayədarlar iştirak etdilər.

Layihə rəhbəri Ş.Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verdi. Ekspert A.İmanova valideyn –uşaq münasibətləri, Erkən Uşaqlıq dövründə inkişafda Bəsləyici qayğının 5 kompanenti (Adekvat qidalanma, sağlamlıq, təhlükəsizlik və mühafizə, erkən öyrənmə imkanları və məsuliyyətli qayğı) ilə bağlı ətraflı məlumat verdi.

Bildirdi ki, erkən uşaqlıq illəri- sonsuz imkanlar dövrüdür. Həyatın ilk illərində inkişafın və sağlamlığın  bünövrəsi qoyulur.Valideynlər bu dövrdə çox diqqətli olmalıdır. 

Erkən yaşların bu qədər həlledici olmasının bəzi səbəbləri:

  • Beyin hüceyrələri sürətli böyüyür
  • Körpələr böyüklərin beyin ölçüsünün 25%-i ilə doğulurlar.
  • Üç yaşlı uşağın beyninin çəkisi yetkinlərin beyninin çəkisinin 80%-i qədərdir.
  • Beş yaşlı uşağın beyninin inkişafı 90%, 5 yaşdan sonra cəmi 10% inkişaf edir.
  • Bağlılıq daxil olmaqla, ilkin münasibətlər formalaşır.
  • Sosial-ekoloji amillər uşağın genetik yaradılışını dəyişdirməyə başlayır.

Valideynlər və azyaşli uşaqlar arasinda olan pozitiv qarşılıqlı münasibətin əsas  prinsipləri:

  • Uşağa sevginin göstərilməsi
  • Uşaqla ünsiyyət qurma
  • Uşağa uyğunlaşmaq
  • Uşağın bacarıqlarını tərifləmək və qiymətləndirmək

Sonra Valideyn - uşaq münasibətləri, erkən nigah və ailədaxili münaqişələrin uşaqların həyatında buraxdığı fəsadlar geniş müzakirə olundu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar. Onlardan S.Alxasova, İ.Xəlilova, L.Əsgərova, G.Əliyeva və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdi.

Tədbir çox maraqlı keçdi. Yekunda qiymətləndirmə aparıldı. Layihə rəhbəri Ş.Dadaşova tədbirin təşkilinə dəstəyinə görə Goranboy rayon İcra hakimiyyətinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinə tədbirin təşkilinə görə minnətdarlığını bildirdi. Tədbirdə 20 nəfər iştirak etdi.

Sonda xatirə şəkili çəkildi.