Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaranmasından 32 il keçir
Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaranmasından 32 il keçir. Təşkilatın prezidenti Umud Mirzəyev, bu münasibətlə sosial şəbəkə paylaşımında təşkilatın keçdiyi yolda qazandığı uğurları və nailiyyətləri qeyd edib.
QHT.az xəbər verir ki, Ü. Mirzəyev, “Geridə qoyduğumuz müddətdə gördüyümüz çox böyük işlər, qazandığımız uğurlar və nəaliyyətlər var. Bu münasibətlə hər zaman bizi dəstəkləyən bütün dostlarımızı, partnyorlarımızı və durmadan çalışan kollektivimizi təbrik edirəm!” sözləri ilə təşkilatın keçdiyi 32 illik yolda əldə etdiyi nəticələri vurğulayıb. Beynəlxalq Avrasiya Mətbuat Fondu, qurulduğu gündən bəri bölgə və beynəlxalq səviyyədə böhranın idarə olunması, sülhməramlı aksiyalar, konfliktologiya və insan haqlarının müdafiəsi sahəsində də səmərəli iş aparır. Fəaliyyətə başladığı ilk dövrlərdən regionda milli və hərbi zəmində baş verən münaqişələrin öyrənilməsi və aradan qaldırılması yollarının araşdırılması fondun əsas vəzifələrindən biri olub. BAMF öz fəaliyyətinin bu istiqaməti ilə bağlı indiyədək xeyli layihələr həyata keçirmişdir.bir sıra əhəmiyyətli layihələr həyata keçirib.
Qeyd edək ki, bu gün baş ofisi Bakı şəhərində yerləşən BAMF özünün beynəlxalq təcrübəsinə, ciddi və nüfuzlu tərəfdaşlarına, səriştəli kadr potensialına, maddi-texniki bazasına görə regionda tanınmış qeyri-hökumət təşkilatlarından birinə çevrilib və onun Rusiyada, Baltikyanı respublikalarda şöbələri, dünyanın bir sıra ölkələrində təmsilçiləri vardır. BAMF-ın beynəlxalq mətbuat sahəsindəki 32 illik fəaliyyətiniz, mediada peşəkarlığı artırmaq, azad və müstəqil jurnalistika prinsiplərini qorumaq və mətbuat azadlığını təşviq etmək istiqamətindəki müstəsna xidmətləriniz yüksək qiymətləndirilməkdədir. Təşkilatınızın ölkəmizdə və regionda həyata keçirdiyi layihələr və təşəbbüslər, cəmiyyətin məlumatlandırılması və sosial inkişafı üçün əvəzsiz bir töhfədir. QHT.az olaraq, təşkilatınızın gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayır, uzun ömürlü fəaliyyətinizdə yeni nailiyyətlər əldə etməyi diləyirik.