Leykemiya xəstəsi olan ailələr üçün hüquqi yardım və maarifləndirmə təlimi keçirilib - FOTOLAR

Azərbaycan Respublikası ərazisində təqribən 3000 yaxın müxtəlif yaş kateqoriyalı leykemiyalı xəstə  vətəndaşlarımız var. Leykemiya xəstəliyinin yayılma tezliyi ölkədə  müxtəlif regionlarda olmasına baxmayaraq, lakin yeganə müalicə ocağı Bakı şəhərində olduğu üçün xəstəsi olan ailələr öz doğma yurdlarından köçüb, Bakı və Sumqayıt şəhərlərində yaşamaq məcburiyyətindədirlər. Belə olan halda onların yaşayış şəraitləri yaxşı olmadığı guman edilir, ailədə digər ailə üzvlərinin mütəmadi təhsil almaq, yaxşı işlə təmin olunmaq ehtimalı azalır. Bu vətəndaşlar xəstəliyin müalicəsinə daha cox vaxtlarını ayırdıqlarına görə ölkədə gedən siyasi-ictimai proseslərdən xəbərləri olmur və buda onların həyat səviyəsinin yaxşılaşmasına imkan vermir. Bir cox xəstələr öz hüquqlarından xəbərdar olmadıqlarına görə dövlətin onlara ayırdığı sosial imtiyazlardan istifadə edə bilmirlər. Dövlətin humanitar siyasətindən məlumatları yoxdur. Bütün deyilənləri nəzərə alıb, leykemiya xəstəsi olan ailələrin sosial vəziyyətinin öyrənilməsi və monitorinqi zəruri olduğu üçün onlara hüquqi yardım göstərilməsi vacibdir. Hüquqlarını biləndən sonra xəstə uşaqlarına daha cox kömək edə bilərlər. Həm təhsildə həmdə sosial müdafiəsində hüquqlarından istifadə edərək leykemiyanın müalicəsində uğur qazana bilərlər. Leykemiyadan sağalan uşaqların şansları 85-90 %.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Leykemiya xəstəsi olan ailələrlə iş” adlı layihə maliyyələşdirilib. Layihə 01 avqust 2024-cü il tarixindən 31 oktyabr 2024-cü ilə qədər davam edəcək.

Tibb elminin inkişafı Azərbaycana təsir etdiyinə görə qan xərçəngindən əziyyət cəkən insanlar vaxtında tibb müəssisələrinə müraciət edərək adekvat müalicə alır və sağlamlığına qovuşur. Sağalmada yüksək nəticələri nəzərə alıb, bu barədə əhali arasında düzgün məlumatlandırma kampaniyasının kecirilməsi zəruridir. Bakı və Sumqayıt şəhərlərində leykemiyalı xəstəsi olan ailələr ilə görüşlər keçirilib, sorğu anketləri əsasında ailələrin sosial problemləri araşdırılıb və hüquqi yardımım göstərlməsi üçün Milli Hematologiya və Transfuziologiya Mərkəzində  03 sentyabr 2024-cü il tarixində təlim keçirildi. Təlimdə  hüquqşünas  Vusal Mehrəliyev Dövlət tərəfindən onkoloji-hematoloji xəstələrə verilən imtiyazlar və qanunlar haqqında məlumat verildi və iştirakçıların sualları cavablandırıldı. Təlimdə 32  nəfər leykemiya xəstəsi olan ailələrin üzvləri iştirak etdi. Bir çox valideynlər Dövlət Sosial Müdafiə Fondu, Təhsil Nazirliyi ilə olan problemlərini bildirərək onların həll edilməsində hüquqşunasdan dəstək aldılar. Həmçinin İcbari Tibbi Sığorta haqqında məlumatı olmayanlar maarifləndirildilər. Təlimdə ümumilikdə 32 valideyn, 10 könüllü iştirak etmişdir.

Təlimlərə Səhiyyə Nazirliyinin dəstəyi ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin əməkdaşları cəlb edildi. Əldə edilən nəticələr haqqında cəmiyyətə KİV-in dəstəyi ilə çatdırıldı.

 

 

 Mehriban Bağırova

“Leykemiya ilə mübarizə” İctimai Birliyinin rəhbəri