Ramil Göyüşov: "Diplom və sertifikat yalnız təlim-tədrisdən sonra verilməlidir"
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "orden" və "medal" paylayan bəzi QHT-lərə xəbərdarlığına reaksiya olaraq, Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov QHT.az-a öz fikirlərini bildirib.
"Maraqlıdı başa düşmək olmur ordeni diplomu götürən insanlar nə əldə edirlər, mənə neçə illər öncə İH başçısı diplom vermək istədiyini dedi, qətiyyən razı olmadım. Diplom-sertifikat ancaq hansı mövzu üzrə təlim-tədrisdən sonra verilməlidir. Sadəcə təəsüf doğrur sovetlər dönəmindən qalan ənənələrlə vətəndaşlar ad, medal, diplom və s. təltifləri gözləyirlər".