Tələbələr üçün "Audit school" proqramı keçirilib - FOTOLAR

UNEC-də Ernst&Young Azərbaycan (EY) şirkəti tərəfindən tələbələr üçün "Audit school" proqramı keçirilib.

QHT.az xəbər verir ki, UNEC-in Karyera Mərkəzində keçirilən 8 günlük proqram çərçivəsində EY şirkətinin nümayəndələri tələbələrə audit, yumşaq və texniki bacarıqların inkişafı üzrə təlimlər, "case study"lər keçiblər.

Sonda tələbələrə EY Azərbaycanın ofisində sertifikatlar və hədiyyələr təqdim olunub.