Vətəndaş cəmiyyəti təşkilatları üçün qrant müsabiqəsi  -  1 layihə üçün 30 000 avro

Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları (VCT-lər) yeni şəbəkələr yaratmaq və mövcud şəbəkələri və əməkdaşlığı gücləndirmək üçün qrant layihələri ilə müraciət etməyə dəvət edilirlər.

Qrant layihələri müsabiqəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Transatlantik Fondun (TF) rəhbərlik etdiyi Şərq Tərəfdaşlığında Vətəndaş Cəmiyyətinin Dayanıqlığının Artırılması (ERICS-EaP) layihəsi çərçivəsində ABŞ-ın Alman Marşal Fondunun Qara Dəniz Regional Əməkdaşlıq Proqramı ilə birgə həyata keçirilir.

VCT-lər müxtəlif şəbəkə fəaliyyətlərini dəstəklənməsi məqsədilə maliyyə üçün müraciət edə bilər. Buraya regional şəbəkələrin qurulması, transsərhəd əməkdaşlıq, qabaqcıl təcrübələrin paylaşılması və hüquqların müdafiəsi və s. daxildir. Şəbəkə tədbirləri demokratiyanın təşviqi, vətəndaşların fəal iştirakı, insan hüquqları, media, dezinformasiya, şəffaflıq, qanunun aliliyi və s. kimi mövzulara həsr oluna bilər.

30 000 avro məbləğində qrantlar 12 aya qədər layihə müddətini əhatə edir. 

ŞT ölkələrində qeydiyyatdan keçmiş (mümkünsə) və fəal VCT-lər seçim kriteriyalarına uyğundur. Layihələrdə azı 3 ŞT ölkəsindən təşkilatlar olmalıdır.  

Ərizə ilə müraciət üçün son tarix 4 oktyabrdır. 

Müsabiqə ilə bağlı 20 sentyabr 2024-cü il tarixində Buxarest vaxtı ilə saat 11:00-da məlumat sessiyası keçiriləcək. İştirak etmək üçün 17 sentyabr tarixinədək burada qeydiyyatdan keçin.  

ERICS-EaP layihəsi Şərq Tərəfdaşlığı regionunda inklüziv, dayanıqlı və demokratik cəmiyyətlərin inkişafına yönəlib. Layihədə vətəndaş cəmiyyəti təşkilatlarının imkanlarının artırılması və onların ŞT ölkələrində demokratikləşmə, islahatlar və bərpa proseslərində iştirakını gücləndirmək nəzərdə tutulub. 

Ətraflı öyrən

Mətbuat üçün açıqlama