QHT sədri: "Təhsil haqqının artması valideynləri çıxılmaz vəziyyətə salır"

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva, QHT.az-a açıqlamasında tələbələrin güzəştli kateqoriyalara daxil olmayan hallarda, məsələn, şəhid ailəsi, məcburi köçkün və ya yüksək bal toplamış tələbələrdən biri olmadıqda, təhsil haqqının mütləq şəkildə ödənilməli olduğunu vurğulayıb.

Mustafayeva bildirib ki, ödənişi mümkün olmayan tələbələr təhsil krediti və ya müxtəlif təşkilatlara ianə üçün müraciət edə bilərlər: "Dövlət sifarişli fakültələrdə ödənişlər mövcud deyil, lakin digər fakültələrdə təhsil haqqı tələb olunur. Təəssüf ki, təhsil haqqının məbləği hər il artırılır, bu da valideynləri çıxılmaz vəziyyətə salır".

 

Pərvanə Fərhadqızı