"Zəfər tariximizi qoruyaq və yaşadaq” mövzusunda tədbir keçirilib - FOTOLAR
Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndələrinin təşəbbüsü və Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Zəfər tariximizi qoruyaq və yaşadaq” mövzusunda tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər günü ilə bağlı şagirdlərə ətraflı məlumat verilib, vətən müharibəsində canından keçmiş şəhidlərimizə həsr olunmuş videorolik nümayiş olunub. Qeyd olunub ki, bu gün biz qalib xalqın vətəndaşıyıq, hər birimiz şanlı zəfər tariximizi qoruyub, hörmət edib, digər nəsillərə bunu təbliğ etməliyik.
Tədbir uşaqların qarşılıqlı müzakirəsi ilə davam edib.