Dietoloq arıqlamaq üçün “1 nömrəli payız smoothie” reseptini paylaşdı
QHT.az xəbər verir ki, Dietoloq Angela Bachevskaya, payız üçün arıqlamağa kömək edən “1 nömrəli payız smoothie” reseptini təqdim edib. Balqabağın əsas tərkib hissəsi olduğu bu smoothie, intensiv məşqlərdən sonra yemək əvəzi olaraq idealdır.
Balqabaq Smoothie Resepti:
- 1 stəkan konservləşdirilmiş balqabaq
- 170-250 ml dəmlənmiş yaşıl çay
- 3 xörək qaşığı üzvi zərdab proteini
- ½ fincan dondurulmuş banan
- 1 xörək qaşığı badam yağı
- 1 xörək qaşığı üyüdülmüş kətan toxumu
- ½ çay qaşığı darçın
- ¼ fincan buz (isteğe bağlı)
Bu smoothie, lif və zülal mənbəyi olaraq arıqlamağa kömək edir. Balqabaq, aşağı kalori və yüksək lif tərkibi ilə qlükaqona bənzər peptid hormonunun istehsalını artıraraq toxluq hissini dəstəkləyir. Yaşıl çay, metabolizmi dəstəkləyir, protein tozu isə əzələ kütləsinin qorunmasına kömək edir.
Pərvanə Fərhadqızı