Quba Şahdağ Truskavets Sanatoriya Mərkəzində tədbir baş tutdu - FOTOLAR
Quba Şahdağ Truskavets Sanatoriya Mərkəzinin və "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə növbəti tədbir baş tutub. Bir neçə gündür davam edən bu şənlikdə şəhid ailələri, qazilər, eləcə də Quba və Qusar rayonlarının şəhid və qazı ailələri iştirak ediblər.
QHT.az xəbər verir ki, bu barədə "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova məlumat verib. Onun sözlərinə görə, tədbirə Qubada bir neçə məktəbin şagirdləri də dəvət olunmuş, onlar tədbirdə təmənnasız iştirak edərək tədbiri daha da maraqlı etmişlər: "Tədbirin sonunda Şaxtababa uşaqları hədiyyələrlə sevindirib, bu isə xüsusilə kiçik qonaqların xoşuna gəlib. "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ailəsi olaraq, Quba Şahdağ Truskavets Sanatoriya Mərkəzinin rəhbərliyinə göstərilən diqqət və dəstəyə görə dərin təşəkkür bildirilib".
Qeyd edək ki, bayram abu-havasında keçən tədbir iştirakçılar üçün unudulmaz anlar yaşadıb.