ABŞ-ın ən güclü superkompüteri istifadəyə verildi, o silahlar hazırlayacaq 

11 fevral 2025-ci il tarixində Kaliforniyadakı Lourens Livermor Milli Laboratoriyasında dünyanın ən güclü superkompüteri El Capitan rəsmi olaraq istifadəyə verildi.

QHT.az xəbər verir ki, 600 milyon dollara başa gələn layihə ABŞ-ın nüvə təhlükəsizliyi və silah texnologiyalarına dair məxfi tapşırıqları yerinə yetirəcək.

El Capitanın əsas vəzifələri:

  • Nüvə sınaqlarını simulyasiya etmək (yeraltı nüvə sınaqları 1992-ci ildən ABŞ-da qadağandır)
  • Materialşünaslıq və yüksək enerji fizikası tədqiqatları
  • Nüvə məlumatlarının təhlili
  • Müasir silahların hazırlanması

Performansı və texniki xüsusiyyətləri:

  • 1.742 exaflops gücündə (pik performans: 2.746 exaflops)
  •  44,544 AMD MI300A prosessoru, 11 milyondan çox emal nüvəsi
  • AMD EPYC Genoa CPU, AMD CDNA3 qrafik sürətləndiricilər
  • Hər prosessorda 128 GB HBM yaddaş

El Capitan, 2018-ci ildə istifadəyə verilmiş Sierra superkompüterini əvəz edir və hesablama texnologiyasında yeni bir dövrü qeyd edir. Ekspertlər onun nüvə təhlükəsizliyi və silah texnologiyalarına ciddi təsir edəcəyini bildirirlər.

 

R.İmanov