Qubada “Təhsil Sektorunda Mediasiya” konfransının keçirilməsi planlaşdırılır

Bu gün Quba 1 saylı MT-nın direktoru Hümmət Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dossent Yusif Alıyev müəllimi ziyarət etmişdir.

QHT.az xəbər verir ki, görüş zamanı Mediasiyanın məqsəd və hədəfləri müzakirə edilmiş və Universitetdə təhsil alan gənclər və çalışan müəllim heyyət üçün “Təhsil Sektorunda Mediasiya” adlı Konfransın keçirilməsinin vacibliyi müzakirə edilərək qısa zamanda bu layihənin həyata keçirilməsi üçün ilkin razılaşmalar aparılmışdır. Görüşün sonunda Quba 1 saylı MT adından Universitetin direktoru cənab Yusif Alıyevə üzərində Mediasiya Şurası və Quba 1 saylı MT-nın loqoları əks olunan Plaket hədiyyə edilmişdir.

Yusif Alıyev müəllimə səmimi qəbuldan ötrü təşkilatımız adından təşəkkür edirik.