Nüvə müharibəsindən sağ çıxmaq şansı: Alimlər insanları radiasiyadan necə qorumağı tapıblar
Tədqiqat bədənin immun sistemində əsas rol oynayan zülalları əhatə edir.
QHT.az xəbər verir ki, Çin alimləri radiasiyaya məruz qalmış gəmiricilər üzərində uğurla sınaqdan keçirilmiş yeni müalicə üsulu yaradıblar. Bu kəşfin nüvə şüalanmasına məruz qalan insanların sağ qalma nisbətini artıracağı və xərçəng müalicəsini daha təhlükəsiz edəcəyi gözlənilir. Tədqiqat zamanı müəyyən edilib ki, immun sistemində mühüm rol oynayan STING proteininin sıradan çıxarılması radiasiya zərərindən qorunmanı gücləndirir. Siçanlar üzərində aparılan sınaqlarda sağ qalma nisbəti 11%-dən 67%-ə yüksəlib. Bu metod, bağırsaq toxumalarının bərpasını sürətləndirərək radiasiyanın yaratdığı hüceyrə ölümünü azaltmağa kömək edir.
Mütəxəssislərin fikrincə, yeni terapiya xərçəng xəstələrinin şüa müalicəsinin effektivliyini artırmaqla yanaşı, nüvə fəlakətləri zamanı insanların sağ qalma şansını da əhəmiyyətli dərəcədə yüksəldə bilər.
R.İmanov