“Biz qayıtdıq, Xocalı!” adlı anım tədbiri keçirildi - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə region fəalları Xədicə Mustafazadə, Ayan Nəbiyeva, Bətül Abbaslı və Nihan Cavadlının təşəbbüsü, Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə Xocalı Soyqırımının 33-cü il dönümünə həsr olunmuş „Biz qayıtdıq Xocalı!“ adlı tədbir keçirilmişdir.

QHT.az xəbər verir ki, tədbirdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin əsas hissəsində şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.