"Dinləmə bacarıqları: eşitmək dinləmək demək deyil" mövzusunda təlim keçirilib - FOTOLAR

İnstitut əməkdaşlarına "Dinləmə bacarıqları: eşitmək dinləmək demək deyil" mövzusunda təlim keçirilib.

QHT.az xəbər verir ki, 27 fevral 2025-ci il tarixində Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları üçün Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasiyev tərəfindən "Dinləmə bacarıqları: eşitmək heç də dinləmək demək deyil" mövzusunda təlim keçirilib. Təlim zamanı işgüzar dinləmə bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti, dinləmənin faydaları və müxtəlif formaları, effektiv dinləməyə mane olan amillər və digər müvafiq mövzular təqdim edilib. Sonda mövzu ətrafında fəal müzakirələr aparılıb və iştirakçılar üçün interaktiv tapşırıqlar təşkil olunub. Təlimdə İnstitutun 35 əməkdaşı iştirak edib.