Sahib Məmmədov: "Qrant müsabiqəsində ədalətli seçim edilib"

Məlum olduğu kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2025-ci il üçün elan etdiyi böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələrini açıqlayıb. 

QHT.az müsabiqənin nəticələri ilə bağlı Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədovun mövqeyini öyrənib:

"Nəticələrə ilkin olaraq nəzər salmışam. Ədaləti yanaşma və ədalətli seçim edildiyi qənaətindəyəm. Ümumiyyətlə Agentlik ölkənin ən şəffaf donoru parametrlərinə tam cavab verir".