İranda “Qanlı yağış”: Alimlər qeyri-adi hadisənin səbəbini açıqladılar

Yağış İranın sahil xəttini qırmızı rəngə çevirir.

QHT.az xəbər verir ki, İranın Hörmüz adasında yağan yağış zamanı su parlaq qırmızıya çevrilib. Alimlər bu nadir hadisəni yerli torpağın tərkibi ilə izah edirlər. Torpaq yüksək konsentrasiyalı oksidləşmiş dəmir ehtiva etdiyindən yağış suları ilə qarşılıqlı təsirdə qırmızı rəng alıb.

NASA-nın Yer Rəsədxanasına görə, ada duz qübbəsi, qaya duzu, gips və digər minerallardan ibarətdir. Qırmızı torpaq o qədər minerallarla zəngindir ki, hətta yerli mətbəxdə “tomşi” adlı çörəyin hazırlanmasında istifadə edilir. Lakin alimlər torpağın ağır metallar ehtiva etdiyini bildirərək, qida məqsədilə istifadəsinin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq ediblər.

 

R.İmanov