Uşaq Səfirlər Məclisi Füzuli və Qaxda maarifləndirici tədbirlər keçirib - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Qax rayonu üzrə nümayəndəsi Gülay Mütəllibovanın təşəbbüsü, Qax şəhər 2 nömrəli tam-orta məktəbin dəsrəyi ilə 23 aprel "Müəlliflik Hüquqları və Kitab Günü" münasibətilə "Kitablar və uşaqlar" mövzulu tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Uşaq Səfirlər Məclisinin rayon fəalları , eyni zamanda məktəb şagirdləri də iştirak etmişlər. Tədbiri keçirməkdə məqsəd uşaqlarda kitab oxumağa həvəs yaratmaq, kitab qəhrəmanlarının başına gələnlər fonunda uşaq hüquqlarının pozulması hallarını təhlil etməkdir. Maraqlı müzakirələrin müşaiyəti ilə davam edən tədbir sonda oxu saatı ilə yekunlaşıb.

Uşaq Səfirlər Məclisinin Füzuli rayonu üzrə nümayəndələrin təşəbbüsü, Füzuli Rayonun İcra Hakimiyyətin dəstəyi ilə “Konstitusiya və Suvernlik İli” çərçivəsində “Əsl vətənpərvərlik nümunəsi olan Zəfər tariximiz suverenliyin rəmzidir” adlı tədbir keçirildi. Füzuli rayon Gənclər Evində keçirilən tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin, Qarabağ və Şərqi Zəngəzur Regional bölməsinin, Füzuli rayon Gənclər Evinin əməkdaşları, qazilər, veteranlar, gənclər, Uşaq Səfirlər Məclisinin nümayəndələri, fəalları iştirak etdilər.

Həmçinin Uşaq Səfirlər Məclisinin Füzuli rayonu üzrə nümayəndələri Nəbili Turan və İsmayılzadə Zeynəbin təşəbbüsü, Füzuli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Konstitusiyamızı öyrənək və hüquqlarımızı bilək" adlı tədbir keçirildi. Tədbirdə İcra hakimiyyəti nümayəndələri və Uşaq Səfirlər Məclisinin fəalları iştirak edib. Uşaq hüquqları ilə bağlı müzakirələr edildi, suallar cavablandırıldı.