Gündə nə qədər su içmək lazımdır?

Həkim insanın özünə zərər verməməsi üçün gündə nə qədər su içməli olduğunu izah etdi.

QHT.az xəbər verir ki, həkim gündə 3 litr su içmək barədə danışdı. Orqanizmin susuz qalmasının qarşısını almaq üçün gündəlik kifayət qədər su içmək vacibdir. Həkim Dr. Toni Finçam bildirib ki, normal şəraitdə gündə 2 litr su bədən üçün kifayətdir, lakin isti havalarda bu miqdar 2,3 litrə qədər arta bilər. Əlavə olaraq, hər kiloqram çəki üçün gündə 30 ml su içmək tövsiyə olunur. Su böyrəklərin fəaliyyətinə, bağırsaqların sağlamlığına və sidik yollarının qorunmasına da müsbət təsir göstərir.

Gündə 3 litr və ya daha artıq su içmək isə sağlam şəxslər üçün zərərli deyil, lakin böyrək və ürək çatışmazlığı olanlar üçün təhlükəli ola bilər. Suyu tədricən gün ərzində içmək və şəkərli içkiləri azaldaraq suya limon əlavə etməklə dadlandırmaq tövsiyə olunur.

 

R.İmanov