Zamirə Ədilova: “Pirallahı Tibb Mərkəzi 20 minə yaxın vətəndaşa tibbi xidmət göstərir”
Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Pirallahı Tibb Mərkəzinə (Mərkəz) media-tur zamanı TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilovanın sözlərinə görə, Mərkəz həm yerləşmə baxımından, həm də xidmət göstərdiyi əhali sayına görə diqqət mərkəzindədir:
“Mərkəz təqribən 20 min vətəndaşımızı tibbi xidmətlə təmin edir. Əlavə olaraq qeyd edim ki, Çilov Ailə Sağlamlıq Mərkəzi də Pirallahı Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərir və 200 nəfərə yaxın vətəndaşa tibbi xidmət göstərir. Bu tibb müəssisəsi Bakı tibbi ərazi bölməsinə daxil olan xəstəxanalar arasında mərkəzə ən uzaq məsafədə yerləşən səhiyyə ocağıdır. Buna baxmayaraq, infrastruktur, tibbi xidmətin keyfiyyəti, vətəndaş məmnunluğu baxımından TƏBİB-in qabaqcıl tibb müəssisəsilərindəndir.”
Pərvanə Fərhadqızı