“Bakı Marafonu 2025” emosiyalar dolu yarış - FOTOLAR

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən ənənəvi Bakı Marafonu başa çatıb.

QHT.az xəbər verir ki, 21 km-lik Bakı Marafonunun kişilər arasında qalibi türkiyəli Atac Sezgin olub. Ukraynalı Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb.

Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.

"Regional İnkişaf” İctimai Birliyinin könüllüləri “Bakı marafonu 2025”də iştirak edib.