Ağdam rayonunun kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
Bu gün may ayının 8-i Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdam rayonunun işğaldan azad edilmiş və yenidən bərpa olunan Kəngərli kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi.
QHT.az xəbər verir ki, bu barədə "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanında İctimai Şuranın sədri Anar Xəlilov məlumat verib. Onun sözlərinə görə, öz yurdlarına geri dönən keçmiş məcburi köçkünlər Ali Baş komandana və Ordumuza öz dualarını çatdırdılar və Allahdan Şəhidlərimizə rəhmət dilədilər:
"Püşkatma qaydalara uyğun və şəffaf şəraitdə keçirildi. Mən öz növbəmdə doğma yurdlarına qayıdan keçmiş köçkünlərimizə göz aydınlığı verir və uğurlar arzulayıram! Komitə əməkdaşlarına da nümunəvi püşkatma şəraiti yaratdıqlarına görə təşəkkür edirəm".
Pərvanə Fərhadqızı