"Heydər Əliyev və Müasir Azərbaycan" mövzusunda ictimai müzakirə oldu - FOTOLAR

Bakı İctimai Əməkdaşlıq Mərkəzinin Təşəbbüsü ilə Ümümmilli Lider Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə "Heydər Əliyev və Müasir Azərbaycan" mövzusunda ictimai müzakirə oldu.

QHT.az xəbər verir ki, müzakirədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-Kulturologiya fakültəsinin müəllimi Xaləddin Sofiyev, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin rəhbəri Rauf Zeyni , "Ailələrə Sosial Dəstək" ictimai birliyinin sədri Rəhimova Esmira, "Davamlı Turizmin İnkisafına Dəstək" İctimai Birliyinin sədri Qəribova Nərminə və  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-Kulturologiya fakültəsi-Sosiologiya ixtisası üzrə təhsil alan gənc tələbələr iştirak edirdilər.

Öncə Bakı İctimai Əməkdaşlıq Mərkəzinin hazırladığı "Ulu Öndərin fəaliyyəti " harda sənədli film izlənildi. Müzakirədə Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri, müstəqil Azərbaycanın tərəqqisi yolunda gördüyü işləri qeyd olundu. Rauf Zeyni Heydər Əliyevin fəaliyyətinin hər iki dövrü haqqında məlumat verdi və hər dövrün necə xarakterizə olunduğunu geniş şəkildə diqqətə çatdırdı, qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin ürəyi daim Azərbaycanla döyünüb. Onun təməlini qoyduğu, memarı olduğu müstəqil Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqını dəmir yumruğa çevirib 30 illik erməni işğalına son qoyub. Qarabağ zəfərinin davamı olaraq 2023-cü il sentyabr ayında Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa edib.

Xaləddin Sofiyev öz məruzəsində öz xatirələri haqqında danışdı. Ümummilli Liderin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm” sözlərini də xatırlatdı.

QHT- rəhbərləri E.Rəhimova və N. Qəribova qeyd etdi ki, məhz Heydər Əliyevin müdrik, uzaqgörən daxili və xarici siyasətini özünün siyasi kursu elan edən Prezidentin məqsədyönlü fəaliyyəti və rəhbərliyi altında Azərbaycan xalqı və Azərbaycan ordusu qondarma problemin ədalətli həllinə nail olub. İndi Azərbaycan qalib dövlət, Azərbaycan xalqı isə qalib xalq kimi dünyada tanınır.

Tədbir Bakı QHT Resurs və Təlim Mərkəzinin ofisində kecirildi.