“Ağdamın dağıntıları müasir faşizmin bariz nümunəsidir”- Cəsarət Hüseynzadə /FOTOLAR / VİDEO 

12 may tarixində “Azərbaycanın Səsi” Beynəlxalq Radiosunda yayımlanan canlı efirdə aparıcı Elnurə Rza ilə söhbətə qatılan “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, siyasi ekspert Cəsarət Hüseynzadə dövlət başçısı cənab İlham Əliyevin 9 və 10 may tarixlərində Şuşa, Xocalı və Ağdama etdiyi səfərlə bağlı əhəmiyyətli məqamları diqqətə çatdırıb.

QHT.az xəbər verir ki, Cəsarət Hüseynzadə bildirib ki, Prezidentin məhz bu tarixləri seçməsi təsadüfi deyil:

“9 may – faşizm üzərində qələbə günüdür və bu il 80 illik yubiley qeyd olunurdu. 10 may isə ümummilli lider Heydər Əliyevin doğum günüdür. Bu iki tarixi məqam, Azərbaycanın müasir tarixində dərin mənaya malikdir. Faşizm təkcə 1941–1945-ci illərlə məhdudlaşmır. Onun müxtəlif formaları bu gün də bir sıra ölkələrdə mövcuddur. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğal və təxribatları, törətdiyi müharibə cinayətləri müasir faşizm ideologiyasının bariz nümunəsidir.”

Cəsarət Hüseynzadə Ağdamla bağlı səsləndirdiyi fikirlərdə bu şəhərin Qafqazın Xirosiması adlandırılmasına toxunaraq bildirib:

“Bu termin bir təsadüf deyil. Ağdamda gördüyümüz mənzərə insanı dəhşətə gətirir. Evlər tamamilə yerlə-yeksan olunub. Ağdam təkcə mədəni yox, iqtisadi baxımdan da Qarabağın güclü şəhəri idi. Orada imkanlı ailələr, böyük təsərrüfatlar mövcud idi. Bütün bu dağıntılar insanlığa qarşı cinayətdir.”

 

Ətraflı videoda:

 

 

Pərvanə Fərhadqızı

QHT.az