Cəlal Bərgüşad – 100: Yazıçının yubiley gecəsi keçirildi / FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı və publisist Cəlal Bərgüşadın 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

QHT.az xəbər verir ki, tədbir Yazıçılar Birliyinin və İz  Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə tanınmış yazıçılar, şairlər, tədqiqatçılar, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Xatirə gecəsində çıxış edənlər Cəlal Bərgüşadın həyat və yaradıcılığı, publisist yazıları, roman və hekayələrinin ictimai təsiri barədə fikirlərini bölüşüblər. Onun dil və üslubunun sadəliyi, dərin mənalı fikirləri, milli-mənəvi dəyərlərə sadiqliyi xüsusi vurğulanıb, Cəlal Bərgüşadın Azərbaycan ədəbiyyatında tutduğu əhəmiyyətli yer, milli düşüncəyə və ədəbi irsə verdiyi töhfələr haqqında danışıb.

Tədbir zamanı yazıçının əsərlərindən parçalar səsləndirilib. Gecədə çıxış edən ədəbiyyat xadimləri Cəlal Bərgüşadın irsinin gənc nəslə tanıdılmasının vacibliyini qeyd ediblər.

Xatirə gecəsi iştirakçılar tərəfindən böyük maraq və ehtiramla qarşılanıb.

 

Pərvanə Fərhadqızı