Kəlağayımız Beynəlxalq arenada  - FOTOLAR

Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlının  "Kəlağayı milli sərvətimizdir'' adlı şeirlər kitabı işıq üzü görüb.

QHT.az xəbər verir ki, kitabın redaktoru araşdırmaçı yazar, ədəbi təhlilçi,publisist Vaqif Osmanlıdı. Analarımızın, qız-gəlinlərimizin ismət, gözəllik və yaraşıq rəmzi sayılan kəlağayııya aid şeirlər gürcü, rus dillərinə tərcümə olunub. Xalqımızın milli mənəvi dəyərlərini ölkəmizdən xaricdə də tanıtmaq, təbliğ etmək bu günümüzün ən aktual məsələlələrindəndir. Kəlağayı həm  xalqımızın sənətkarlığı, mədəniyyətini, dünyagörüşünü, fəlsəfi düşüncəsini, həm də mənəviyyatını özündə təcəssüm etdirən milli baş örtüyümüzdür.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli baş örtüyü olan kəlağayıya diqqət və marağı göz önündədir. 2014- cü ildə kəlağayımız  M.Əliyevanın təşəbbüsü ilə Uneskonun Qeyri Maddi Mədəni irs üzrə Reprezentativ siyahısına daxil olub.

'Kəlağayı milli sərvətimizdir"' kitabında yer alan şeirlər, ön söz İmir Məmmədlinin, Paşa  Paşayevin, İlahə Feyziyevanın tərcüməsində gürcü və rus oxucularına çatdırılacaq. Kitabın təqdimatı Sankt-- Peterburqda, Moskvada , Gürcüstanda, "26 Noyabr Azərbaycan  Kəlağayısı Günü" Bakıda  keçiriləcək.

Babalarımızın, nənələrimizin irsini yaşatmaq, tanıtmaq bizim ümdə borcumuzdur.