Əmək mübahisələrinin həllində mediasiyanın rolu müzakirə olunub - FOTOLAR

13 may 2025-ci il tarixində Mediasiya Şurası və Azərbaycan Əmək və Sosial arasındakı əməkdaşlıq çərçivəsində kadrların ixtisasartırma və yenidən hazırlanma kursu təşkil olunub.

QHT.az xəbər verir ki, Akademiyada keçirilən kursda Bakı 18 saylı mediasiya təşkilatının rəhbəri, mediator Sadiq Bağırov təlimçi qismində çıxış edib.

Sadiq Bağırov kurs boyunca əmək mübahisələrinin həllində mediasiyanın rolu, Azərbaycan Respublikasında mediasiyanın təşəkkülü və hüquqi əsasları ilə bağlı məruzə təqdimatla çıxış edib.