“Sağlam Gələcək Naminə” QHT Koalisiyası tərəfindən dəyirmi masa keçirilib - FOTOLAR

“Sağlam Gələcək Naminə” QHT Koalisiyası tərəfindən “Beynəlxalq ailə günü”nə həsr edilmiş dəyirmi masa keçirilib.

QHT.az xəbər verir ki, “Beynəlxalq ailə günü” münasibəti ilə keçirilən tədbirin açılışını "Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, Respublikanın Əməkdar müəllimi Esmira Rəhimova etdi və Azərbaycan ailəsinin indiki vəziyyəti, mənəvi dəyərlərin qorunması, problemlər və həlləri yolları haqqında qısa məlumat verdi. Dəyirmi masanın keçirilməsinin məqsədini açıqladı. Dəvət olunan qonaqların, təcrübələrindən yararlanmağa, ictimai birlik kimi gələcək maarifləndirmə planlarını qurarkən, verilən təkliflərin önəmli olduğunu vurğuladı.

“Sağlam Gələcək Naminə” QHT Koalisiyasının sədri, Nərminə Qəribova, hüquqşünas, Ailə məsləhətçisi olaraq, öz işi haqqında geniş məlumat verdi və bu gün bu dəyirmi masanın keçirilməsini çox önəmli olduğunu vurğuladı. Müxtəlif məsələlərə hüquqşünas kimi yanaşaraq, sağlam ailə ilə və boşanmış ailədə olan uşaqların psixoloji vəziyyətinin müqayisəsi etdi.

“Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin sədri psixoloq, Vüsalə Əmiraslanova Azərbaycan ailəsinin hal- hazırkı vəziyyəti, müxtəlif problemlərin olduğunu və həlli yollarının necə tapılması haqqında geniş məruzə etdi. Azərbaycan Dövlət Pedoqoji Universtetinin Elmi Tədqiqat Mərkəzinin elmi işçisi, Respublikanın Əməkdar müəllimi Zülfiyə Vəliyeva İnkişafa gedən yolda mənəvi dəyərlərin qorunması, azərbaycan kişisi dünən və bu gün mövzusu haqqında məlumat verdi.

Hüquqşünas, mediatr Qulu Süleymanov, məişət zorakılığının əsas səbəbləri, sağlam və boşanmış ailədə uşaqların psixoloji vəziyyətinin müqayisəsi etdi. “Kistik Fibroz Xəstələrinə Yardım” İB-nin sədri, Səadət Bayramova sağlam ailə mühitinin, uşaqların müalicəsində effektivliyin artması, haqqında məruzə etdi. “Yaşıl Dünya Ekoloju Maarifləndirmə” İB-nin sədri Elman Cəfərli öz çıxışında media və sosial şəbəkələrin gənclərə təsirindən danışdı. Aybəniz  Camalova isə ailələrdə olan problemlər, kənar şəxslərin müdaxiləsi və boşanmaları haqqında danışdılar.

Hüquqşünas-mediator Xəlil Süleymanov ailə münasibətlərini qarşılıqlı hörmət və məhəbbət hissləri əsasında qurulmasından, azərbaycan gəncliyinin dünən və bu gün olan fərqliliyi haqqında geniş məruzə etdi.

Sonda kollektiv xatirə şəkilləri çəkildi.