Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova beynəlxalq konfransda çıxış edib - FOTOLAR
13-14 may 2025-ci il tarixində Türkiyə Cümhuriyyətinin İstanbul şəhəri, Yeditepe Universitetində Türk Dünyası Arabulucular Birliği'nin təşkilatçılığı ilə "Türk Dövlətlərinin 1-ci Beynəlxalq Hüquq Konfransı" keçirilib.
QHT.az xəbər verir ki, Türk Dövlətlərinin 1-ci Beynəlxalq Hüquq Konfransında türk dövlətlərinin ümumi hüquq mənbələri, qanunun aliliyinin tələbləri, hüququn prioritet sahələri, kibertəhlükəsizlik və müştərək arbitraj mərkəzinin yaradılması kimi mühüm məsələlər öz sahəsində mütəxəssis olan alim, hüquqşünas və akademiklər tərəfindən müzakirə olunub.
Konfransda Azərbaycan Respublikası Mediasiya Şurasını Şuranın İdarə Heyətinin üzvü Sima Yaqubova təmsil edib. Sima Yaqubova spiker kimi ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya yolu ilə həlli, bunun perspektivləri və üstünlükləri barədə məruzə ilə çıxış edib.