Əlçatan mobillik və yol təhlükəsizliyi müzakirəyə çıxarılır: Vebinar keçirilib

"Əlçatan Mobillik: İctimai yollarda hər kəsin təhlükəsizliyinin və rahatlığının təmin olunması" vebinar Azərbaycanda yol təhlükəsizliyi ilə bağlı məlumatlılığın artırılması və hər kəs üçün əlçatan və rahat ictimai məkanların yaradılması yollarını müzakirə etmək üçün müxtəlif tərəfdaşları bir araya gətirib.

QHT.az xəbər verir ki, sessiyada yerli təşəbbüslər, beynəlxalq təcrübələr və şəhər mobilliyində innovativ yanaşmalar diqqətə çatdırılıb.