Telefonunuzun dinlənildiyini necə başa düşmək olar? Ekspert izah etdi
Telefonunuza qulaq asılıb-dinlənilmədiyini necə yoxlamaq lazım olduğunu sizə deyirik.
QHT.az xəbər verir ki, son zamanlar bir çox insan telefonların söhbətləri “dinləyərək” reklam göstərdiyindən şübhələnir. Məşhur kibertəhlükəsizlik eksperti Aleksey Baranovski bildirir ki, adi istifadəçilərin telefonlarının dinlənilməsi real deyil, çünki bu cür casus proqramlar son dərəcə bahalıdır və əsasən yüksək səviyyəli şəxslər üçün nəzərdə tutulur.
Ekspertin sözlərinə görə, telefonun qızması, batareyanın tez bitməsi və zəif əlaqə kimi hallar dinləməyə işarə deyil. Rəqəmsal dövrdə belə əlamətlərlə dinləmə müəyyən edilmir.
Buna baxmayaraq, bəzi tətbiqlər səsli siqnalları analiz edib açar sözlər əsasında reklamlar göstərə bilər. Lakin bu, əsasən istifadəçinin onlayn davranışlarına əsaslanan proqnozlaşdırma texnologiyasıdır.
Əgər telefonun dinlənildiyindən şübhələnirsinizsə:
-
Telefonu yenidən başladın;
-
Zavod ayarlarına qaytarın;
-
Əməliyyat sistemini yeniləyin;
-
Zəng yönləndirməsini *#21# kodu ilə yoxlayın.
Mütəxəssislər qeyd edir ki, telefonunuzu qorumaq üçün ehtiyatlı davranmaq, şübhəli tətbiqlər yükləməmək və yeniləmələri gecikdirməmək kifayətdir.
R.İmanov