QHT sədrindən eşitmə məhdudiyyətli şəxslərə dəstək çağırışı

18 may dünyada Beynəlxalq Muzeylər Günü qeyd olunur.

QHT.az xəbər verir ki, əlamətdar gün münasibətilə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Çingizqızı cəmiyyətin diqqətini mədəniyyətə bərabər çıxış imkanlarına yönəldib. Cəmilə Çingizqızı bildirib ki, muzeylər cəmiyyətin mədəni yaddaşını qoruyan və paylaşan ən önəmli məkanlardandır. Bu baxımdan, ictimai birlik olaraq, eşitmə məhdudiyyətli şəxslərin muzeylərə çıxışını asanlaşdırmaq və onların mədəni proseslərə tamhüquqlu iştirakını təmin etmək üçün ekskursiyalar və maarifləndirici tədbirlər təşkil olunur.

“Muzeylərin inklüzivliyə doğru atdığı hər bir addımı dəstəkləyir, bu sahədə əməkdaşlığa açıq olduğumuzu bildiririk”, – deyə birlik sədri vurğulayıb.

Sonda Cəmilə Çingizqızı Beynəlxalq Muzeylər Günü münasibətilə ictimaiyyəti mədəni irsimizi kəşf etməyə və onu qorumağa çağırıb.

 

Pərvanə Fərhadqızı