Avtomobil akkumulyatorunu istidən necə qorumaq olar?

Yüksək temperatur avtomobil akkumulyatorunun ömrünü azaldaraq zədələnməsinə səbəb ola bilər.

QHT.az xəbər verir ki, bunun qarşısını almaq üçün bir neçə sadə tədbir tövsiyə olunur: avtomobilinizi kölgədə saxlayın, batareya terminallarını mütəmadi yoxlayın və elektrolit səviyyəsini qoruyun. Eyni zamanda, elektronika cihazlarının istifadəsini məhdudlaşdıraraq batareyanın əlavə yüklənməsinin qarşısını alın. Köhnə batareyalar isti havada daha həssas olduğundan, onu vaxtında dəyişdirmək tövsiyə edilir. Bu sadə tədbirlər akkumulyatorunuzu qoruyaraq uzunmüddətli istifadəni təmin edəcək.

 

R.İmanov