İndoneziyalı nümayəndə Qlobal Cənub QHT Platforması konfransını yüksək qiymətləndirdi - VİDEO
Aprelin 28-29-da Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı ilə bağlı platformanın üzvü - İndoneziya İnformasiya Texnologiyaları və Açıq Mənbə Assosiasiyasının təmsilçisi Azvir İrnannada təəsüratlarını bölüşüb:
QHT.az xəbər verir ki, o, bu tədbirə görə Azərbaycana və Bakıya təşəkkür edib:
"Bu böyük tədbir - Qlobal Cənub QHT Platforması münasibətilə burada olmaqdan çox məmnunam və fəxr edirəm. Azərbaycana və Bakıya bir daha dərin təşəkkürümü bildirirəm".
Ətraflı videoda:
Qeyd edək ki, bu konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.
Pərvanə Fərhadqızı