QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur  - FOTOLAR

2025-ci il mayın 23-də Özbəkistanda “Türk dövlətlərinin qadın liderləri” adlı konfrans keçirilib.

QHT.az xəbər verir ki,  Konfransda 20-dən artıq ölkədən olan müxtəlif qurumların rəhbərləri iştirak edib. Konfransda Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva “Qlobal iqlim ədaləti və gender bərabərliyi: COP29 kontekstində” mövzusu ilə çıxış edib.

O, bildirib ki, bugünkü qlobal çağırışlar - iqlim dəyişmələri, yoxsulluq, gender bərabərsizliyi qadınların həm ən çox təsirləndiyi, həm də ən fəal mübarizə apardığı sahələrdir. İcraçı direktor Azərbaycanda qadınların cəmiyyət həyatında, ictimai nəzarət mexanizmlərində və sosial innovasiya sahələrində fəal iştirakının dövlət tərəfindən daim dəstəkləndiyini qeyd edib.

A.Əliyeva son 4 il ərzində ailə, qadın və gender məsələlərinə dair 200-ə yaxın layihənin Agentlik tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Konfrans mayın 27-dək davam edəcək. Yekunda “Türk Dövlətlərinin Qadınlarının Həmrəyliyi” Bəyannaməsinin imzalanması gözlənilir.

Fotolar