"Korrupsiyaya qarşı mübarizənin gücü – hüquqi maarifləndirmədədir" - Əliməmməd Nuriyev / FOTOLAR

Azərbaycan Memarlıq və İnşaat Universitetində gənc tələbələrlə "Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət" mövzusunda seminar keçirildi.

QHT.az xəbər verir ki, bu barədə “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, tədbir Prezidentin 2022-2026-cı illər üzrə təsdiqlədiyi Milli Fəaliyyət Planının icrası çərçivəsində həyata keçirilən hüquqi maarifləndirmə fəaliyyətləri çərçivəsində təşkil edilib. Əliməmməd Nuriyev seminar zamanı korrupsiyanın hüquqi mahiyyəti, hüquqpozmaların subyektləri, məsuliyyət formaları və qarşısının alınması yolları barədə açıq və interaktiv müzakirələr aparıb.

Seminarda iştirak edən gənclər aktivlik göstərərək suallar verərək, korrupsiyasız bir gələcəyin yalnız hüquqi biliklərlə silahlanmış gəncliklə mümkün olacağını bir daha vurğulayıblar.

 

Pərvanə Fərhadqızı