Peşə tələbatının artan istiqamətləri: QHT sədri Eyyub Kərimlidən AÇIQLAMA

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli QHT.az-a verdiyi açıqlamada peşə tələbatının artan istiqamətləri və bu günün iqtisadiyyatında aktual olan sahələr haqqında məlumat verib.

QHT sədri peşələrin aktuallığını müəyyən edən amillərin iki əsas kateqoriyadan ibarət olduğunu qeyd etdi: dünya bazarı və ölkə iqtisadiyyatı. Eyyub Kərimli bildirib ki, hal-hazırda dünya iqtisadiyyatında ən çox tələb olunan peşələr İT texnologiyaları üzrə mütəxəssislərdir:

"Xüsusilə kibertəhlükəsizlik sahəsində şəbəkə təhlükəsizliyi üzrə mütəxəssislər və veb dizaynerlərdir. Digər tərəfdən, tibb sahəsi üzrə hibrid avtomobil mühəndisləri və yaşıl enerji üzrə mütəxəssislər bu gün aktual olan peşələrdir. Ölkəmizə gəldikdə isə, həm dünya iqtisadiyyatının bir hissəsi, həm də ölkənin iqtisadi inkişaf istiqamətləri nəzərə alındıqda, bu gün ölkəmizdə prioritet istiqamətlər bunlardır: nəqliyyat və logistika sahəsi üzrə mütəxəssislər, yaşıl enerji sahəsində mütəxəssislər, kənd təsərrüfatı üzrə aqronom və mühəndislər, İT mühəndisləri, kibertəhlükəsizlik üzrə mütəxəssislər, sosial media reklamı üzrə SMM mütəxəssisləri, həmçinin tibbi sahə və onlayn ticarət üzrə mütəxəssislərə də daha geniş peşə tələbatı yaranacaqdır".

 

Pərvanə Fərhadqızı