Yanvar-may aylarında müavinətlər üzrə 460 mln. manat, Prezident təqaüdləri üzrə 290 mln. manat ödənilib

5 ayın sosial göstəriciləri

QHT.az xəbər verir ki, cari ilin 5 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 491 min nəfərə sosial müavinət, 403 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 460 mln. manat, Prezident təqaüdləri üzrə 290 mln. manat ödənilib. 

Yanvar-may aylarında 67 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 789 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.