"Parlaq Zəka" adlı bilik yarışı təşkil edilib - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Qazax rayon, Qaymaqlı kənd fəallarının təşəbbüsü, Qazax rayonu üzrə təhsil sektorunun dəstəyi ilə, "Parlaq Zəka" adlı bilik yarışı təşkil edilib.

QHT.az xəbər verir ki, Qazax rayon, A.Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbində baş tutan tədbirdə şagirdlərə müxtəlif mövzuları əhatə edən suallar verilib. 2 hissədən ibarət yarışda, təqdim edilən 24 sualın sonunda məktəbin 11-ci siniflərini təmsil edən, "Şuşa" komandası 1-ci yerdə qərarlaşıb.