Sadiq Qurbanov: “Azərbaycan Ordusu bizim qürurumuzdur!
Ordu günü ilə bağlı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitısinin sədri Sadiq Qurbanov QHT.az-a açıqlamasında bildirib ki, Ordu qurucluğu bütün sahələrdə olduğu kimi ulu öndər Heydər əliyev tərəfindən əsası qoyulmuş və uğurlu siyasi varis Prezident İlham Əliyev tərəfindən inkişaf etdrilən bir hərbi təsisatdır.
S.Qurbanov Ordumuz haqqında Müzəffər Ali Baş Komandan İlham Əliyevin ayrı-ayrı vaxtlarda səsləndirdiyi aşağıdakı fikirləri gənclərimizin diqqətlə öyrənməsinin vacibliyini vurğulayıb. Prezident İlham Əliyev Ordu haqqında: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. ”
“Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”; “Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır”; “Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb”; “Ordu quruculuğu bizim üçün prioritet məsələdir”; “Bizim ordumuz bizim qürurumuzdur”; “Güclü dövlətin güclü ordusu olmalıdır”; “Biz bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq, güclü dövlət, yenilməz ordu və güclü iradə sahibi kimi”; “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”; “Ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir.”