Şəhidimiz Elşən Mehbalıyevin anım günüdür
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri olan Elşən Mehbalıyev 1994-cü il iyunun 23-də Bərdə rayonunun Otuzikilər kəndində anadan olub.
QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağ və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 4 noyabr tarixində Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Elşən Mehbalıyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun.