QHT "İxtisasını düzgüm seç – Mühəndis Ol !" layihəsinə start verilib

Məktəblərdə mühəndislik ixtisaslarının tanıtımı və təbliği üzrə, duzgun ixtisas secimi ilə bağlı görüşlər keçiriləcək.

QHT.az xəbər verir ki, “Mühəndislərin İnkişafına Dəstək” İctimai Birliyinin 2025-ci il "Kiçik qrant" müsabiqəsinin qalibi olan "İxtisasını düzgüm seç – Mühəndis Ol !" layihəsinə start verilib.

Bununla bağlı layihə rəhbəri Əli Babazadə QHT.az –a açıqlama verib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mailliyə dəstəyi ilə keçirilən layihə bu il Şamaxıda keçiriləcək və ümumilikdə 5 məktəbdə təşkil olunması nəzərdə tutulub: "

Layihənin məqsədi Mühəndislik ixtisaslarının təbliği və tanıtımı, şagirdlərə mühəndislik ixtisasları haqqında və gələcək perspektivləri barəsində geniş məlumat vermək, ixtisaslar haqqında fikir formalaşdırmaqdır. Abituriyentlərin ixtisas seçimi zamanı özlərinə uyğun ixtisas seçimini düzgün etmələrinə dəstək göstərməkdir. Bu münasibətlə layihə çərçivəsində Şamaxı məktəblərində şagirdlər ilə görüşlər keçiriləcək, mühəndislər tərəfindən ixtisaslar, universitetlər haqqında məlumatlar veriləcəkdir”.

Qeyd edək ki, 2 ay davam edəcək layihə iyul və avqust aylarını əhatə edəcək.