Yazıçılar Birliyində “Polad ömrü” adlı kitabın təqdimatı keçirildi - FOTOLAR
Milli qəhrəmana həsr edilmiş daha bir kitab təqdim edildi.
QHT.az xəbər verir ki, “Polad ömrü” adlı kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, Prezident mükafatçısı Səkinə Turabqızıdır. Onun Azərbaycanla bağlı yazdığı əsərlərin içində “Xocalı ağrısı”, “Əsir Xocalı”, “Xocalı iztirabı” kimi başlıqlar da yer alır.
“Polad ömrü” adlı bu kitabda şəhid general-mayor Polad Həşimovun həyat və döyüş yoluna həsr olunmuş bir poema yer alır. Kitabın redaktoru, tanınmış yazıçı və şair Səhər Əhməd müəllifin əsərinin çox canlı və duyğulu olduğunu qeyd edərək yazır: “Səkinə Turabqızının bu mövzuya yaxınlığı və vətənpərvərlik hissləri o qədər güclüdür ki, biz onun əsərində hadisələrin içində hiss edirik.”
Səkinə Turabqızının sözlərinə görə, şəhid generalımız Polad Həşimovun qisası alındı və torpaqlarımız azad oldu. “İnanırıq ki, qəhrəmanımızın ruhu şaddır, çünki o, ən böyük arzusuna çatdı; Qarabağ bizimdir, bizim olacaq!” – deyə o qeyd edib.
Pərvanə Fərhadqızı