"Həyatların Təhlükəsizliyi: İnsan Alverinə Son" layihəsi çərçivəsində Siyəzəndə tədbir keçirilib

 

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Həyatların təhlükəsizliyi: İnsan Alverinə Son” layihəsinin icrasına başlayıb.

Layihənin məqsədi insan alveri ilə dövlətimizin yeritdiyi siyasətə, gördüyü işlərə ictimai dəstək göstərməkdir.
“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-inin sədri Mehriban Abdullayevanın verdiyi məlumata görə Siyəzən şəhərində, həyata keçirilən layihədə İnsan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə, əsasən də gənclər arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsilə baglı tədbir keçirilmişdir. İnsan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırma işini haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.

 

Gənclərlə keçirilən tədbirdə gənclərə maarifləndirici materiallar paylanmışdır.
Sözügüdən layihənin növbəti icrası  Şabran və Xaçmaz rayonlarında  gənclərlə görüşlər təşkil olunacaq, problemin həlli istiqamətində psixoloji söhbətlər aparılacaqdır. 
Məlumat üçün qeyd edək ki, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i bu günə qədər bir sıra uğurlu layihələr həyata keçirib.