“COP-29-un Qlobal Mirasının təhlili” layihəsi çərçivəsində təqdimat formasında tədbir keçirilib - FOTOLAR

04.07.2025-ci il tarixində Oğuz rayon Aqrar İnkişaf Mərkəzində rayon Səhiyyə, Təhsil, Bələdiyyə, Kənd təsərrüfatı, Yol tikintisi idarəsi, Aztelekom işçiləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “COP-29-un Qlobal Mirasının təhlili” layihəsi çərçivəsində təqdimat formasında tədbir keçirmişdir.

QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə Oğuz rayon İcra hakimiyyətinin aparıcı işçisi Ayaz Ağayev açmışdır. A.Ağayev bu gün keçirilən “COP-29-un Qlobal Mirasının təhlili” layihəsinin mövzusu aktual olduğundan İctimai Birliyin nümayəndələri rayonumuza gəlmişlər. Bildiyimiz kimi ekoloji mövzu daima diqqət mərkəzindədir və xüsusilə iqlimdə baş verən dəyişikliklərdən sonra dahada aktuallaşıb.  Tədbir QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.  Sonra A.Ağayev  sözü  “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova verdi.

S.Həsənov çıxışını təqdimat formasında başlayaraq bildirdi ki, Oğuz rayonu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşməklə çox füsunkar bir təbiətə malikdir, gözəl yaşıllıqları və dağlarla örtülmüş təbiəti var. Azərbaycanda yerləşən nadir ağaclardan vələs, fıstıq, palıd  bu ərazilərdə daha da çoxdur. Bu rayonun coğrafi vəziyyəti turizm üçün çox uyğundur. İqlim dəyişmələrinin  təsiridə  bu rayondada hiss olunur. Bu gün iyul ayının 4-ü olmasına baxmayaraq hava necədə sərindir, yağışlıdır. İqlimdə baş verən dəyişmələrin Oğuz rayonuna, onun kənd təsərrüfatına təsiri çox böyükdür və bu ərazilərdə su ehtiyatları olsada təsərrüfatlara müəyyən zərər verə bilər. Məlum olduğu kimi BMT-nin İqlim dəyişmələri barədə çərçivə konvensiyasının COP-29 Tərəflər konfransı 2024-cü ilin noyabr ayının 11-dən 22-nə kimi Azərbaycanda Bakı şəhərində keçirilmişdir. COP-29-un 22 noyabrda bitməsi nəzərdə tutulsada bəzi maliyyə və təşkilati məsələlərdə razılıq olmadığından 24 noyabr gecə saat 2:40 da Konfransı ancaq bitirmək mümkün olmuşdur. Tərəflər konfransında iqlimdə baş verən temeperatur artımının Paris iqlim sazişinə görə 2oC artmamasına qarşı tədbirlər görmək öhdəlik kimi bir çox ölkələr tərəfindən götürülmüşdür. Hazırda temperaturun 1,5 oC artması artıq alimlər və dünya dövlətləri tərəfindən qəbul edilmişdir. İqlim dəyişmələrinin əsas təsirləri su ehtiyatlarına, kənd təsərrüfatı işlərinə, dəniz və okeanlara və bitki aləminə ciddi təsir edir. Bu təsirlərin azaldılması üçün hər bir ölkə öhdəlik götürərək mədən yanacaqlarından (neft, benzin, dizel təbii qaz, kömür və s) istifadəni azaltmalı, alternativ enerjiyə (külək, günəş, su və s) keçməni təmin etməlidir. Əgər ölkələr bu istiqamətdə fəaliyyət göstərə bilsələr qısa müddətdə iqlim dəyişmələrinin artmasında stabillik yarana bilər və tullantı qazları (karbon-dioksid, CO2, Metan CH4, azot oksidləri (NO, N2O, NO2 və s) və digər qazlar azala bilər və burada hər kəs fəaliyyət göstərməlidir. Layihənin məqsədi İqlim dəyişmələrinə təsirin yumşaldılması üçün insanların maariflənməsidir. S.Həsənov təqdimatı yekunlaşdırdıqdan sonra auditoriyanın suallarını cavablandırmağa başladı.

Tədbirdə  rayon Statistika komitəsindən Nicat Rüstəmzadə elektrik avtomobillərinin artması fonunda onların CO2 qazını atmosferə atmasında və elektromaqnit şüalanması vasitəsilə təsiri necədir? deyə sualla müraciət etdi.  Sadiq Həsənov elektrik avtomobillərində istifadə olunan elektrik batareyalarının CO2 tulantısı benzin və dizellə müqayisədə on dəfələrlə azdır və bu zaman ancaq istifadə edilən elektrik enerjisinin istehsalı zamanı CO2 tullantısı yaranır və onların ətraf mühitə ion şüalanması və ya elektromaqnit şüalanması vermək potensialı çox aşağıdır. Bu akkumulyatorla litium materialından hazırlanır və yüksək udmaq yəni adsorbsiya gücü var.

Sonra Rayon Aztelekom idarəsindən Nurlan Nəbiyev sual verərək süni intelektin ətraf mühitə təsiri barədə soruşdu. Sadiq Həsənov cavab verərək bildirdi ki, süni intelektin paylanma (providerlər) məntəqələrində istifadə olunan elektrik enerjisinə görə ətraf mühitə təsiri var, ona görə süni intelektdən yəni Chart GPT-dən istifadə edərkən ancaq lazım olan vaxtda və konkret sual vermək lazımdır. Əlavə sual verməklə ətraf mühitə təsiri artıra bilərik.  Sonra Gigiyena və Epidemiologiya mərkəzinin nümayəndəsi Nigar Cəfərova çıxış edərək İqlim dəyişmələrinin təsirinin rayonda yeraltı su ehtiyatlarına təsirini qeyd etdi və bu hissədə azalmanın və əkinlər vaxtı bəzən problemlər olduğu haqqında danışdı.

Müzakirədə mövzu ətrafında Oğuz rayonun bu təbii gözəlliyini qorumaq, su ehtiyatlarından səmərəli istifadə etmək, elektrik enerjisini qənaətlə istifadə etmək və sair təkliflər səsləndirildi. Tədbirdə layihə çərçivəsində hazırlanmış kitabça və maarifləndirici materiallar iştirakçılara paylandı və sonra tədbir yekunlaşdı. Tədbir canlı müzakirələr şəraitində keçdi.