“20 İlin Sədası” Konsert Programı keçiriləcək
Mayın 4-də Heydər Əliyev Mərkəzində “20 ilin sədası” konsert proqramı təqdim olunacaq.
QHT.az xəbər verir ki, konsert həm iştirakçıları, həm də repertuarı ilə rəmzi məna daşıyır. Belə ki, bu il yaranmasının 20 ili tamam olan Heydər Əliyev Fondu fəaliyyəti dövründə hər zaman gənc istedadlara, mədəniyyət və insəcənət sahəsinə dəstək göstərib, mədəniyyətimizin geniş təbliğinə yönələn layihələr həyata keçirib. Fondun 20 illiyi ərəfəsində keçirilən konsert də həmin uğurların kiçik bir hissəsinin nümayişi sayıla bilər.